AZ

Litva bir qrup qanunsuz miqrantı Belarusa geri göndərib

Bakı, 26 may, AZƏRTAC

Litva sərhədçiləri sərhəd hasarının altından qazılmış tunel vasitəsilə Belarus tərəfdən Litva ərazisinə daxil olan 38 qanunsuz miqrantı saxlayıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Litva Dövlət Sərhəd Mühafizə Xidmətinin (VSAT) mətbuat xidməti məlumat yayıb.

“Otuz altı kişi və iki qadın Belarus tərəfdən qazılmış tunel vasitəsilə Litvaya daxil olmağa cəhd edib. Özlərini Əfqanıstan və İran vətəndaşları kimi təqdim edən həmin şəxslər VSAT əməkdaşları tərəfindən Belarusa qaytarılıb”, - məlumatda belə deyilir.

Qanunsuz miqrantların saxlanılması əməliyyatında xüsusi təyinatlılar iştirak ediblər. Həmçinin izaxtaran itlər, helikopter və dronlardan istifadə olunub.

Sərhədçilərin məlumatına görə, 2026-cı ilin əvvəlindən bəri ümumilikdə 763 qanunsuz miqrant Belarusdan Litva ərazisinə girməyə cəhd göstərib.

Seçilən
2
2
azertag.az

3Mənbələr