AZ

Mikels Azərbaycanı tərk etdi 

“Sabah”ın hücumçusu Coy-Lens Mikels Azərbaycanı tərk edib.

İdmanxeber.az-a verilən məlumata görə, almaniyalı hücumçu dünən Bakıdan ayrılıb. Onun komanda ilə vidalaşdığı da bildirilir.

Xatırladaq ki, “Sabah”la Mikelsin müqaviləsi başa çatıb. Paytaxt təmsilçisi ona yeni sözləşmə təklif etsə də, tərəflər hələlik razılaşa bilməyib. Futbolçunun başqa ölkələrdən də təkliflərinin olduğu bildirilir. Almaniyalı hücumçu mövsümü bombardir kimi tamamlayıb.

Seçilən
54
idmanxeber.az

1Mənbələr