AZ

“Könüllü Liderlərin İnkişaf Konsepsiyası”

Mayın 25-də könüllülük fəaliyyətinin inkişafına və gənc liderlərin formalaşdırılmasına töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən hazırlanmış “Könüllü liderlərin inkişaf konsepsiyası” Proqramının açılış mərasimi keçirilib.

AKTİ-nin sədri Vüqar Əliyev proqramın əsas məqsədləri, könüllülük fəaliyyətinin cəmiyyət üçün əhəmiyyəti və könüllü gənclərin liderlik bacarıqlarının inkişafındakı rolu barədə danışıb.

Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov və Milli Məclisin deputatı Vüqar İskəndərov proqramın könüllü gənclərin şəxsi və peşəkar inkişafında oynadığı mühüm roldan bəhs edərək, bu kimi təşəbbüslərin könüllülərin liderlik bacarıqlarının formalaşdırılması, ictimai fəallığının artırılması və gələcək fəaliyyətlərində uğurlu karyera istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Daha sonra “KLİK iştirakçılarının proqramla bağlı təəssüratları” adlı videoçarx təqdim olunub.

Proqram iştirakçıları Təranə Şahbazova və Elşən Soltanzadə layihənin müsahibə və seçim mərhələsində qazandıqları təcrübə, eləcə də proqramın onlar üçün yaratdığı inkişaf imkanları barədə fikirlərini bölüşüblər.

XQ

Seçilən
2
8
xalqqazeti.az

10Mənbələr