Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 26 may, AZƏRTAC
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
DOST Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, onlayn formatda təşkil edilən görüşdə agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.
Bildirilib ki, iclasda bir neçə prosedur sənədi təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim olunub, bir neçə sənəd layihəsi isə müzakirəyə çıxarılıb.
Görüşdə agentliyin Xidmətlər departamenti, eləcə də 2 saylı Bakı DOST Mərkəzinin fəaliyyətinə dair hesabatlar dinlənilib.
Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.