AZ

Putin İrəvan və Azərbaycana QOŞUN YERİDƏCƏK? Rusiyadan ŞOK QANUN gəldi - TV Musavat - Canlı debat

Rusiya Prezidenti Vladimir Putin xarici ölkələrdə saxlanılan və ya mühakimə olunan Rusiya vətəndaşlarının “qorunması” məqsədilə ordu qüvvələrinin istifadəsinə imkan verən qanunu imzalayıb.

Musavat.com xəbər verir ki, sənədə əsasən, Moskvanın tərəf olmadığı beynəlxalq müqavilə və ya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarı olmadan xarici məhkəmələrin çıxardığı qərarlar əsasında həbs edilən, saxlanılan və ya mühakimə olunan Rusiya vətəndaşlarının müdafiəsi üçün hərbi qüvvələrdən istifadə oluna biləcək.

Qanunda qeyd olunur ki, belə hallarda zəruri tədbirlər Rusiya prezidentinin qərarı ilə və dövlət orqanlarının səlahiyyətləri çərçivəsində həyata keçiriləcək.
Məlumata görə, qanun rəsmi dərc edildikdən 10 gün sonra qüvvəyə minəcək.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Ukraynada yaşayan hərbi ekspert Elxan Nuriyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

Seçilən
16
musavat.com

1Mənbələr