Artıq iki transferi həyata keçirən “Qarabağ” daha bir futbolçu ilə anlaşmaq üzrədir.
“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu “Srvena Zvezda”dan (Serbiya) Şavi Babikanı heyətə qatmaq istəyir.
Serblərin heyətində möhkəmlənə bilməyən futbolçu son mövsümü Türkiyədə - “Fatih Karagümrük”də keçirib.
“Srvena Zvezda” ilə 2028-ci ilə qədər müqaviləsi olan hücumçu özü də klubundan ayrılmaq niyyətindədir.
“Qarabağ” “Omoniya”dan Jali Muaddibi, “Yurqorden”dən Zakaria Savonu transfer edib.