AZ

Neft ucuzlaşır, yenə enerji qiymətlərinin gələcəyi dumanlı görünür

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Neft qiymətləri mayın 10-dan sonrakı dövr üçün ən aşağı həddə enib. İndi “Brent”in bareli 95 dollardan bir qədər baha təklif olunur. “Azeri Light” 121 dollar həddindədir.

Bizimyol.info xəbər verir ki, fevralın son günlərindən enerji bazarı təlatüm keçirir. İranda müharibənin başlanması qiymətlərə ciddi təsir göstərib. Müharibə Azərbaycanda turizmə böyük zərbə vursa da, neftin bahalaşmasına yalnız sevinmək olar. Amma həmişə qeyri-müəyyənlik var. Enerji qiymətlərinin gələcəyi dumanlı görünür.

İranda müharibənin başa çatmaması ilə yanaşı, Hörmüz boğazının bağlı qalması da nefti bahalaşdıran əsas amillərdəndir. Bu, həm də ABŞ prezidenti Donald Trampı ciddi narahat edən məsələlərdən sayılır. Dövlət başçısı həftə ərzində bununla bağlı ardıcıl açıqlamalar verir. Tramp bir neçə gün əvvəl İranla prinsipial razılıq əldə edildiyini bildirmişdi. Onun sözlərinə görə, dəniz daşımalarının yenidən bərpasına az qalıb.

Hörmüz boğazı təkcə bölgə üçün yox, ümumilikdə dünya baxımından strateji yerdir. Fars körfəzi ilə Ərəb dənizi arasında yerləşən boğazdan neft ixracının təxminən 21-22 faizi həyata keçirilir. Mayeləşdirilmiş qazın böyük hissəsinin daşınmasında isə məhz bu coğrafi mövqe vacib rol oynayır. Hörmüz boğazı Səudiyyə Ərəbistanı, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Qətər üçün enerji ixracı baxımından əsas çıxış yoludur.

Tramp ictimaiyyətə sülh sazişini imzalamağa yaxın olduqlarını bildirsə də, ekspertlər bunun tezliklə alınmayacağına inanırlar. Danışıqlar dəfələrlə pozulub. Hər iki tərəfə sərf edən şərtləri bir araya gətirmək mümkünsüz görünür.

Azərbaycan iqtisadiyyatı neftdən birbaşa asılıdır. Təəssüf ki, qeyri-neft sektoru inkişaf etdirilmədi. Buna görə də enerji bazarına həssas yanaşmalı oluruq. Hörmüz boğazında qeyri-müəyyənlik davam etdikcə biz də dərindən düşünmək məcburiyyətində qalırıq. Orada isə hər şeyin nə vaxt qaydasına düşəcəyi bilinmir. Lap bu gün boğazda neft və mayeləşdirilmiş qaz daşınması bərpa olunsa belə, ilin sonuna qədər vəziyyət tam sabitləşməyəcək.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
icma.az

1Mənbələr