Misli Premyer Liqasında 33 tur geridə qalıb. Keçirilən 198 oyunda 17 referi iş başında olub.
Fanat.Az-ın hesablamasına görə, son turda Rauf Cabarov, Kamranbəy Rəhimov, İnqilab Məmmədov, Vüqar Həsənli, Elvin Bayramov və Əkbər Əhmədov oyun idarə edib.
Son turda FİFA referilərindən heç biri iş başında olmayıb. Bununla belə, təyinat sayı baxımından lider dəyişikliyi olmayıb. FİFA referisi Kamal Umudlu hamıdan çox güvənilən hakim ünvanını qoruyub. O, 33 turdan 18-nə təyinat alıb. Umudlunu 2 oyun geridə qalan 4 hakim - Tural Qurbanov, Rauf Cabarov, Rəşad Əhmədov və Kamranbəy Rəhimov təqib edir.
Bu turda bir qırmızı vərəqə qeydə alınıb. Qovulma "Kəpəz" - "Neftçi" qarşılaşmasına təsadüf edib. Vüqar Həsənli özünün cari mövsümdəki ilk "qırmızı"sını "ağ-qaralar"ın yarımmüdafiəçisi İfeanyi Metyuya göstərib.
"Sarı"lara gəlincə, hakimlər 21 xəbərdarlıqdan istifadə ediblər. Vərəqələrdən 9-u meydan sahiblərinə, 12-si isə qonaq komandanın oyunçularına göstərilib. Mövsümün geridə qalan hissəsi ərzində müvafiq göstərici belədir: 368 sarı (15 qırmızı) - 403 sarı (12 qırmızı).
Beləliklə, 33 turluq marafonun yekununda sarı vərəqə sayı 771-ə çatıb. Mövsümün geridə qalan hissəsi ərzində 27 "qırmızı" göstərilib. Nəticədə ümumi vərəqə sayı 798-ə bərabər olub. Bu da orta hesabla hər turda 24,18, hər oyunda 4,03 vərəqə deməkdir.
Otuz üç tur ərzində ən çox vərəqə göstərən hakim isə 2 ədalət təmsilçisidir. Kamal Umudlu və Rəşad Əhmədov 73 vərəqədən yararlanıblar. Fərq ondadır ki, FİFA referisinin vərəqələrindən 5-nin, Əhmədovda isə 1-nin rəngi qırmızı olub. Əliyar Ağayev lider həmkarlarından 2 vərəqə geri qalıb. Cəza səbəbindən bir neçə turdu görünməyən Ağayev 71 dəfə əlini cibinə atıb ki, bunun 6-nın rəngi qırmızı olub.
Kamal Umudlu - 18 oyun
meydan sahibi 31 sarı 4 qırmızı
qonaqlar 37 1
cəmi: 68 5
Tural Qurbanov - 16 oyun
meydan sahibi 30 1
qonaqlar 33 0
cəmi: 63 1
Rəşad Əhmədov - 16 oyun
meydan sahibi 28 0
qonaqlar 44 1
cəmi: 72 1
Kamranbəy Rəhimov - 16 oyun
meydan sahibi 26 1
qonaqlar 32 1
cəmi: 58 2
Rauf Cabarov - 16 oyun
meydan sahibi 25 0
qonaqlar 32 1
cəmi: 57 1
Elçin Məsiyev - 15 oyun
meydan sahibi 34 0
qonaqlar 30 3
cəmi: 64 3
İnqilab Məmmədov - 15 oyun
meydan sahibi 28 1
qonaqlar 31 1
cəmi: 59 2
Fərid Hacıyev - 15 oyun
meydan sahibi 33 1
qonaqlar 15 0
cəmi: 48 1
Rəvan Həmzəzadə - 14 oyun
meydan sahibi 24 0
qonaqlar 29 1
cəmi: 53 1
Cavid Cəlilov - 14 oyun
meydan sahibi 22 1
qonaqlar 26 1
cəmi: 48 2
Əliyar Ağayev - 13 oyun
meydan sahibi 31 5
qonaqlar 34 1
cəmi: 65 6
Əli Əliyev - 11 oyun
meydan sahibi 17 1
qonaqlar 21 0
cəmi: 38 1
Vüqar Həsənli - 7 oyun
meydan sahibi 12 0
qonaqlar 13 1
cəmi: 25 1
Elvin Bayramov - 5 oyun
meydan sahibi 13 0
qonaqlar 7 0
cəmi: 20 0
Nicat İsmayıllı - 3 oyun
meydan sahibi 6 0
qonaqlar 8 0
cəmi: 14 0
Emin Əliyev - 2 oyun
meydan sahibi 4 0
qonaqlar 4 0
cəmi: 8 0
Əkbər Əhmədov - 2 oyun
meydan sahibi 3 0
qonaqlar 5 0
cəmi: 8 0
Mirağa