Kalininqrada NATO qüvvələri ilə hücum ideyası Baltikyanı ölkələrin qətiyyətini nümayiş etdirmək ehtiyacından irəli gəlir.
Publika.az xəbər verir ki, bunu ideyanın təşəbbüskarı, Litvanın xarici işlər naziri Kestutis Budris LRT-yə verdiyi müsahibədə bildirib.
“Biz, Litva və Baltikyanı ölkələr, özümüzü müdafiə edə bilməməyimizlə bağlı mifləri dağıtmalıyıq. Biz özümüzü müdafiə edirik, ona görə də, öz ərazimizdən daha çoxunu müdafiə edəcəyik”, - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, problem Suvalki boşluğunda deyil, problem Kalininqradda mövcud olan imkanlardadır.
“Baltikyanı ölkələr bu inamı elə nümayiş etdirməlidirlər ki, Qərb "sadəcə kabus ssenarilərindən daha çox şey" görsün”, - nazir deyib.