AZ

Qətər İranla bağlı 12 milyard dollarlıq iddianı təkzib edib

BAKI,TurkicWorld Orxan Qədirzadə

Qətər Xarici İşlər Nazirliyi İranla razılaşmanın yekunlaşdırılması üçün Tehrana 12 milyard dollar təklif edilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

TurkicWorld xəbər verir ki, nazirliyin sözçüsü Macid Əl-Ənsari ABŞ mənşəli sosial şəbəkə platformasında paylaşdığı açıqlamada iddiaların tamamilə əsassız olduğunu bildirib.

“Qətər Dövlətinin razılaşmanın yekunlaşmasını təmin etmək üçün İrana 12 milyard dollar təklif etməsi ilə bağlı məlumatlar tamamilə həqiqətə uyğun deyil” – deyə açıqlamada qeyd olunub.

Əl-Ənsari vurğulayıb ki, bu məlumatlar bölgədə gərginliyin azaldılması və sabitliyin təşviqi istiqamətində aparılan diplomatik səyləri pozmağa çalışan dairələr tərəfindən yayılır.

Qətər rəsmisi həmçinin bildirib ki, məqsəd razılaşmanın qarşısını almaq və diplomatik prosesə zərbə vurmaqdır.

Məlumata görə, söhbət ABŞ və İsrail arasında dalana dirənmiş müharibə fonunda bölgədə yaranmış gərginliklə bağlı aparılan danışıqlardan gedir. Münaqişə Yaxın Şərqdə və regiondan kənarda ciddi narahatlıq yaradıb.

Seçilən
17
turkic.world

1Mənbələr