AZ

ABŞ atəşkəsi pozdu İrandakı hədəflər vuruldu

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gecə ABŞ qüvvələri İranın cənubundakı hərbi hədəfləri vurub. 

“AzPolitika” xəbər verir ki, bu barədə “Fox News” ABŞ Mərkəzi Komandanlığına istinadla məlumat yayıb. 

Məlumatda deyilir ki, ölkənin cənubundakı raket buraxılış qurğuları və hərbi katerlər hədəf alınıb. ABŞ tərəfi bu zərbələrin "özünümüdafiə məqsədilə" endirildiyini bəyan edib. 

ABŞ ordusunun açıqlamasında deyilir: "ABŞ qüvvələri İran qüvvələrinin təhdidlərindən qorunmaq üçün İranın cənubunda özünümüdafiə məqsədilə zərbələr endirib. Hədəflər raket buraxılış qurğuları və mina yerləşdirməyə çalışan İran qayıqları olub".

Bununla yanaşı, ordu sözçüsü Tim Hokinsin sözlərinə görə, ABŞ İranla atəşkəsin bir hissəsi olaraq "təmkin göstərməyə" davam edir. ABŞ-nin yüksək vəzifəli rəsmisi “Fox News”a deyib ki, ABŞ qüvvələri Hörmüz boğazında mina yerləşdirməyə çalışan iki İslam İnqilabı Keşikçiləri Korpusunun gəmisini məhv edib və həmçinin İranın Bəndər Abbas limanında yer-hava raket sistemini vurub. Onun sözlərinə görə, hava hücumundan müdafiə raket sistemi Amerika hərbi təyyarələrinə yönəlibmiş…

İranın “Tasnim” xəbər agentliyinin xəbərinə görə, Bəndər Abbasda üç partlayış səsi eşidilib. Partlayışların səbəbi ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

İranın dövlət xəbər agentliyi IRNA da bildirib ki, "gecə yarısı Bəndər Abbas şəhərində bir neçə ardıcıl partlayış səsi eşidilib... bunun səbəbi hələ rəsmi mənbələr tərəfindən açıqlanmayıb".

İran xəbər agentliyi “Nour News”un məlumatına görə isə zərbələr Hörmüz boğazındakı Larak adasının cənubunda baş verib. Hücum nəticəsində bir neçə İran hərbçisi həlak olub. 

“AzPolitika.info”

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
azpolitika.info

1Mənbələr