AZ

Real Mpappenin əvəzləyicisini TAPDI

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İspaniyanın "Real Madrid" klubunun "Mançester Siti"nin hücumçusu Erlinq Holann ilə maraqlandığı iddia olunur.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisi ingilis klubunda mümkün baş məşqçi dəyişikliyindən sonra transfer məsələsində daha fəal addımlar ata bilər. Bildirilir ki, "şəhərlilər"in çalışdırıcısı Xosep Qvardiola komandadan ayrılacağı halda, Holannın gələcəyi ilə bağlı vəziyyət dəyişə bilər.

Mənbələr qeyd edir ki, "Real Madrid" rəhbərliyi norveçli hücumçunun klubdakı durumunu diqqətlə izləyir. İddialara əsasən, futbolçu daha əvvəl komandadakı bəzi məqamlardan narazı qaldığını da gizlətməyib.

Bununla yanaşı, transferin baş tutmasının asan olmayacağı vurğulanır. Çünki Holann 2025-ci ilin əvvəlində "Mançester Siti" ilə uzunmüddətli müqaviləyə imza atıb və anlaşmaya əsasən, onun sözləşməsi 2034-cü ilə qədər qüvvədədir.

Buna baxmayaraq, İspaniya mediası hesab edir ki, klubdakı mümkün dəyişikliklər futbolçunun qərarına təsir edə bilər. Əgər hücumçu ayrılmaq istəsə, "Kral klubu"nun ona ciddi təklif hazırlayacağı bildirilir.

Hüseyn

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
news.milli.az

1Mənbələr