Özbəkistan millisinin DÇ-2026 üçün ilkin heyəti açıqlanıb.
Msport.az xəbər verir ki, baş məşqçi Fabio Kannavaro yığmaya 30 futbolçu çağırıb.
Dəvətlilər arasında Azərbaycan çempionatında çıxış edən bir futbolçu da var. Belə ki, “Sabah”la Misli Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi olan yarımmüdafiəçi Umarali Rahmonaliyev də milliyə dəvət edilib.
“30-luq”dan yalnız 4 nəfər kənarda qalacaq və mundiala 26 futbolçu aparılacaq.
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.