Uşaqlarda uzun müddət davam edən “soyuqdəymə” əslində allergiya ola bilər.
Ölkə.az xəbər verir ki, bu barədə rusiyalı həkim Kseniya Moqireva bildirib ki, “Gazeta.Ru”ya müsahibəsində danışıb.
Onun sözlərinə görə, allergiyanın əsas əlamətləri burunda güclü qaşınma, paroksizmal asqırma, gözlərdə qaşınma və qızartı, burun tutulması və göz yaşarmasıdır. Bu simptomların bədən hərarəti normal olduğu halda ortaya çıxması allergik reaksiyaya işarə edə bilər.
“Valideynlər tez-tez deyirlər ki, uşaqda güclü burun axması, asqırma və göz qaşınması yaranıb, sanki soyuqdəymədir. Amma hərarət olmur. Məhz temperaturun yüksəlməməsi allergiyanı göstərən əsas əlamətlərdən biridir”, – deyə Moqireva bildirib.
Həmidə İbrahimova