AZ

Avtomobil fillə toqquşdu - Ölənlər var

Uqandada milli parkda avtomobilin fil ilə toqquşması nəticəsində ən azı üç nəfər ölüb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin şimal-qərbində yerləşən Murchison Falls Milli Parkında baş verib. Daha dörd nəfər yaralanıb. Bildirilir ki, nəqliyyat vasitəsində Uqanda Gəlir İdarəsinin (URA) yeddi əməkdaşı olub.

Bütün yaralılar təcili olaraq yerli xəstəxanaya aparılıb. Rəsmilər filin vəziyyəti barədə məlumat verməyiblər.

Seçilən
12
unikal.az

1Mənbələr