AZ

ABŞ Ordusu Bəndər-Abbasa zərbə endirildiyini təsdiqlədi

ABŞ ordusu İranın cənubundakı bir neçə hədəfə zərbə endirib.

Musavat.com xəbər verir ki, məlumatı Fox News ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokinsə istinadən məlumat yayıb:

"ABŞ ordusu bu gün İranın cənubunda özünümüdafiə məqsədilə qüvvələrimizi İran qüvvələrinin yaratdığı təhdidlərdən qorumaq üçün zərbələr endirib.

Hədəflər arasında raket buraxılış məntəqələri və İran qayıqları da var idi".

CENTCOM-un məlumatına görə, ABŞ ordusunun hücumuna məruz qalan qayıqlar mina yerləşdirməyə çalışırmış. Fox News jurnalistinin sözlərinə görə, hücum nəticəsində Bəndər Abbas şəhəri yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki qayığı, eləcə də raket buraxılış məntəqəsi məhv edilib.

ABŞ ordusu zərbələrin müdafiə xarakterli olduğunu və İranla mövcud atəşkəsin pozulmadığını elan edib.

Musavat.com

 

Seçilən
40
musavat.com

1Mənbələr