Yazını böyüt
Yazını kiçilt
ABŞ Prezidenti Donald Tramp İranda zənginləşdirilmiş uranla bağlı planını açıqlayıb.
Hafta.az xəbər verir ki, o bu barədə “Truth” sosial şəbəkəsində yazıb.
“Zənginləşdirilmiş uran dərhal ABŞ-yə təhvil veriləcək və ölkəyə gətirilərək məhv ediləcək, yaxud İranla koordinasiyalı şəkildə yerində və ya başqa uyğun bir yerdə məhv olunacaq. Bu prosesə Atom Enerjisi Komissiyası və ya onun ekvivalenti olan qurum şahidlik edəcək”, – deyə o bildirib.