AZ

Qlobal fond bazarlarında artım müşahidə olunub

Qlobal fond bazarları əsasən yüksəlib, Yaponiya və Çin indekslərində isə azalma qeydə alınıb.

APA-Economics” xəbər verir ki, ABŞ fond bazarlarında ticarət günü müsbət dinamika ilə başa çatıb. “Dow Jones” indeksi 0,58% artaraq 50 579,70 bəndə, S&P 500 indeksi 0,37% yüksələrək 7 473,47 bəndə, “Nasdaq Composite” indeksi isə 0,19% artaraq 26 343,97 bəndə çatıb.

Avropada da əsas indekslər yüksəlib. FTSE 100 indeksi 0,22% artaraq 10 466,26 bəndə, “DAX” indeksi 2,01% yüksələrək 25 389,10 bəndə, “CAC” 40 indeksi isə 1,76% artaraq 8 258,26 bəndə çatıb.

Asiya bazarlarında qarışıq mənzərə müşahidə olunub. Nikkei 225 indeksi 0,14%, CSI 300 indeksi 0,28%, S&P/ASX 200 indeksi isə 0,42% azalıb. Buna qarşılıq olaraq Hang Seng indeksi 0,54%, “TOPIX” indeksi isə 0,12% yüksəlib.

Analitiklərə görə, bazarlarda optimizmə ABŞ və Avropada iqtisadi artım gözləntilərinin güclənməsi, eləcə də texnologiya sektorundakı alışlar dəstək verib. Asiyada isə investorlar Çin iqtisadiyyatı ilə bağlı riskləri və mənfəət realizasiyasını qiymətləndirdikləri üçün bəzi indekslərdə azalma qeydə alınıb.

Seçilən
22
1
apa.az

2Mənbələr