AZ

Pezeşkiandan MÜHÜM QƏRAR: Hər kəsi maraqlandıran o qadağanı LƏĞV ETDİ

İran prezidenti Məsud Pezəşkian ölkədə internetə qoyulmuş məhdudiyyətlərin ləğv edilməsi barədə göstəriş verib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İslam Respublikasının Rabitə Nazirliyindəki mənbəsinə istinadən "Tasnim" agentliyi yayıb.

Mənbənin sözlərinə görə, dövlət başçısının müvafiq sərəncamı bir müddət əvvəl Rabitə Nazirliyinə təqdim olunub.

Sənəddə internetə çıxışın 2025-ci ilin dekabrın sonu - 2026-cı ilin yanvarın əvvəlindəki vəziyyətə qaytarılması nəzərdə tutulur.

Qeyd edək ki, "NetBlocks" beynəlxalq monitorinq xidmətinin məlumatına görə, artıq 86 gündən çoxdur ki, İran ərazisində internetə çıxış demək olar ki, tamamilə məhdudlaşdırılıb.

Musavat.com

Seçilən
40
musavat.com

1Mənbələr