AZ

Uqandada avtomobil fillə toqquşub: 3 ölü, 4 yaralı var

Uqandada avtomobil fillə toqquşub: 3 ölü, 4 yaralı var

Uqandada milli park ərazisində avtomobilin fillə toqquşması nəticəsində üç nəfər həyatını itirib, daha dörd nəfər isə yaralanıb.

AFN.az xəbər verir ki, hadisə bazar günü axşam saatlarında ölkənin şimal-qərbində yerləşən Merçison-Falls (Murchison Falls) Milli Parkında qeydə alınıb. Polisin məlumatına görə, qəzaya uğrayan nəqliyyat vasitəsində Uqanda Vergi İdarəsinin (URA) yeddi əməkdaşı olub.

Arua şəhərindən paytaxt Kampalaya doğru hərəkət edən avtomobilin fillə toqquşması nəticəsində xəsarət alanlar dərhal yerli xəstəxanaya çatdırılıb, daha sonra isə müalicə üçün Kampalaya köçürülüblər. Filin vəziyyəti barədə rəsmi məlumat verilməyib.

Seçilən
50
afn.az

1Mənbələr