AZ

Her seriyada ağlayırdım, ərimə demişdim ki, məni danışdırma

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“A.B.İ.” serialında “Mahinur” obrazını canlandıran aktrisa Esra Şengünalp ekran işindəki çətin rolundan danışıb.Demokrat.az xəbər verir ki, serialda heç danışmadan, yalnız bədən dili və göz yaşları ilə diqqət çəkən aktrisa obrazının ağır dramatik yükünü daşımağın çətinliyini bölüşüb. O, səssiz ağlamağın danışa bilməməkdən daha ağır olduğunu vurğulayıb:“Səhnələrin duyğusu çox yüksəkdir. Demək olar ki, hər seriyada ağlayıram. Bəzən çəkiliş zamanı o qədər göz yaşı tökürəm ki, gözlərim şişir və qızarır. Hətta qızarıqlığı aparmaq üçün xüsusi məlhəmlərdən istifadə edirik. Ekran qarşısında hər kəs fəryad edərək, qışqıraraq ağlayır və səsindən güc alır. Mən isə ağlayanda belə, səs çıxarmamalıyam. Roluma uyğunlaşmaq üçün ilk günlər çəkiliş meydançasında kimsə ilə danışmırdım. Hətta evdə yoldaşımdan da bir müddət mənimlə çox danışmamasını xahiş etmişdim. Mahinurun ürəyini boşaldacağı, fəryad edəcəyi günü səbirsizliklə gözləyirəm”.Obrazın keçirdiyi psixoloji böhran səhnələrinə xüsusi hazırlaşdığını deyən aktrisa bunun üçün tibbi məsləhət aldığını da qeyd edib. O, çəkiliş meydançasında həkim məsləhətçinin olduğunu, böhran anlarında əzələlərin necə yığılmasını, əl və ayaqların vəziyyətini onunla tək-tək analiz etdiyini bildirib.Esra Şengünalp real həyatda onu həqiqətən danışa bilməyən şəxs kimi qəbul edənlərin olduğunu da sözlərinə əlavə edib:“Küçədə məni görüb danışdığımı eşidəndə çox təəccüblənirlər. Səsimin gözəl olduğunu deyirlər. İnsanların bu cür səmimi reaksiyaları məni çox xoşbəxt edir”.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
64
demokrat.az

1Mənbələr