AZ

Kuba azadlığa buraxılacaq məhbusların adlarını açıqlayıb

Kuba aprel ayında ölkə hakimiyyəti tərəfindən elan edilən əfv fərmanı ilə azadlığa buraxılacaq məhbusların adlarını açıqlayıb.

"Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, prezident Migel Dias-Kanel Bermudesin bu barədə sərəncamı rəsmi hökumət qəzetində dərc edilib.

Sənəddə böyük bir siyahıdakı məhbuslar üçün "tam və qəti əfv" nəzərdə tutulur.

Agentliyin məlumatına görə, siyahıya daxil olanların bəziləri artıq azadlığa buraxılıb.

Aprel ayında Kuba hakimiyyəti 2000-dən çox məhbusu azad etmək niyyətində olduğunu açıqlayıb. Bu, ilin əvvəlindən bəri ölkədə elan edilən ikinci əfvdir.

Seçilən
85
far.az

1Mənbələr