AZ

Şokolad muslu tiramisu resepti

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Ənənəvi tiramisu ləzzətini ipək kimi yumşaq şokolad musu ilə birləşdirən bu möhtəşəm şirniyyat xüsusilə şokoladsevərlərin favoriti olacaq. Həm vizual olaraq şık, həm də dad olaraq olduqca zəngin bir daddır.

Milli.Az inqrediyentləri təqdim edir:

Əsas baza üçün:

"Kedidili" peçenyesi (biskviti)

Kakao (üzərinə səpmək üçün)

Peçenyeləri islatmaq üçün qəhvə:

1 su stəkanı isti su

1 xörək qaşığı qranullaşdırılmış (həll olunan) qəhvə

Şokolad Mus (Mousse) üçün:

1 çay qaşığı qranullaşdırılmış qəhvə

Bir qədər su (qəhvəni həll etmək üçün)

4 ədəd yumurtanın sarısı

2 xörək qaşığı şəkər tozu

1 çimdik duz

170 q tünd (bitter) şokolad 

2 ədəd yumurtanın ağı

1 dolu xörək qaşığı şəkər tozu (yumurta ağını köpürtmək üçün)

soyuq qaymaq

Şokolad Qanaş üçün:

3 xörək qaşığı qaymaq

120 q tünd (bitter) şokolad

Şokolad musun hazırlanması:

Bir stəkanda 1 çay qaşığı qranul qəhvəni suda qarışdıraraq tamamilə həll edin.

İstiyədavamlı bir qabda 4 yumurta sarısı ilə 2 xörək qaşığı şəkər tozunu qarışdırın. Bu qabı içində qaynar su olan bir qazanın üzərinə qoyaraq (benmari üsulu) şəkər əriyənə qədər tel çırpıcı ilə dayandırmadan qarışdırın.

Şəkər əridikdə içərinə əvvəlcədən həll etdiyiniz qəhvəni, bir çimdik duzu və 170 q doğranmış tünd şokoladı əlavə edin. Şokoladlar tam əriyənə qədər qarışdırmağa davam edin və sonra qabı kənara qoyun.

Ayrı bir təmiz qabda 2 yumurta ağını və 1 xörək qaşığı şəkər tozunu, qabı tərs çevirdikdə belə tökülməyəcək bərk bir köpük (bize kıvamı) alana qədər mikserlə yaxşıca çalın.

Hazırladığınız bu yumurta ağını, ilıqlaşmış şokoladlı qarışığa spatula vasitəsilə, köpüyünü söndürmədən, aşağıdan yuxarıya doğru yavaş-yavaş yedirin.

Digər bir qabda soyuq qaymağı mikserlə bərkiyənə qədər çalın. Çalınmış qaymağı da şokoladlı qarışığa əlavə edib, eyni şəkildə spatulayla kənarlardan daxilə doğru ehtiyatla qarışdırın. Mus artıq hazırdır.

Şokolad qanaşın hazırlanması:

120 q tünd şokoladı benmari üsulu ilə əridin və içərisinə 3 xörək qaşığı qaymağı əlavə edib hamar bir tekstura alana qədər qarışdırın.

Yığılması və Süfrəyə Verilməsi:

İlk qat: 1 stəkan isti su və 1 xörək qaşığı qranul qəhvəni qarışdırın. "Kedidili" peçenyelərini bu qəhvəyə batırıb çıxararaq servis qabınızın tabanına nizamla düzün.

Peçenyelərin üzərinə ələk vasitəsilə nazik bir qat kakao səpin.

Hazırladığınız şokolad musunu peçenyelərin üzərinə bərabər şəkildə yayın. (İstəyə görə bu prosesi iki qat şəklində təkrar edə bilərsiniz).

Şirniyyatı bu şəkildə 1 saat soyuducuda saxlayın ki, mus bir az bərksisin.

Soyuducudan çıxardıqdan sonra üzərinə hazırladığınız şokolad qanaşını gəzdirin və bu dəfə tam dadlanması üçün ən az 4 saat (yaxşı olar ki, bir gecə) soyuducuda gözlədin.

Tam soyuduqdan sonra böyük bir qaşıqla porsiyalara ayıraraq servis edin.Lalə Qüdrətova

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
73
news.milli.az

1Mənbələr