AZ

Azərbaycan səfiri Lavrovun müavini ilə görüşdü

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinlə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev arasında görüş olub. SİA-nın məlumatına görə bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı hərtərəfli Rusiya-Azərbaycan müttəfiqliyinin daha da gücləndirilməsi, o cümlədən Cənubi Qafqazda və Xəzər regionunda sülh, sabitlik və əməkdaşlığın təməllərinin möhkəmləndirilməsi üçün məhsuldar birgə işi davam etdirmək barədə qarşılıqlı öhdəlik təsdiqlənib.

Mətləb

Seçilən
34
1
sia.az

2Mənbələr