AZ

Bu aviaşirkət bəzi reysləri dayandırdı

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mərakeşin milli aviaşirkəti olan "Royal Air Maroc" Yaxın Şərqdəki konflikt səbəbindən yanacağın qiymətinin artması fonunda bir sıra reysləri dayandırmaq məcburiyyətində qalıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, iyunun 9-a kimi Avropa və Afrika ölkələrinə olan 12 reys ləğv edilib.

Aviaşirkət dən verilən məlumata görə, yanacağın və paralel olaraq biletlərin qiymətinin artması, tələbatın isə azalması üzündən sözügedən qərarı qaçılmaz olub.

Yeri gəlmişkən, buna rəğmən "Royal Air Maroc"un təyyarələri 100-dən çox istiqamətdə uçuşları davam etdirir.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
82
525.az

1Mənbələr