AZ

Yayda bu ayaqqabıları geyinənlər diqqətli olmalıdır

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yay aylarında ayaqqabı seçimi sağlamlıq üçün çox vacib hesab olunur. Mütəxəssislər bildirirlər ki, isti havalarda yanlış ayaqqabı seçimi ayaq tərləməsi, göbələk, pis qoxu və hətta bel-ağrı problemlərinə səbəb ola bilər.

Milli.Az xəbər verir ki, ortopedlərin sözlərinə görə, yay üçün ən sağlam seçim hava keçirən və ayağı sıxmayan ayaqqabılardır. Xüsusilə təbii materialdan hazırlanan ayaqqabılar ayağın nəfəs almasına kömək edir.

Mütəxəssislər yayda bu tip ayaqqabıları tövsiyə edirlər:

Yüngül idman ayaqqabıları

Ortopedik başmaqlar və sandaletlər

Hava keçirən parça ayaqqabılar

Yumşaq və elastik altlıqlı modellər

Həkimlər qeyd edirlər ki, tam düz altlıqlı və keyfiyyətsiz ayaqqabılar uzun müddətdə ayaq ağrıları yarada bilər. Həmçinin çox hündür dabanlı ayaqqabıların da yayda tez yorğunluq və oynaq problemlərinə səbəb olduğu bildirilir.

Mütəxəssislər ayaqqabı seçərkən rahatlıq, hava keçirməsi və ayağın anatomik quruluşuna uyğunluğun əsas meyar olduğunu vurğulayırlar.

Fidan

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
1
news.milli.az

2Mənbələr