AZ

Ermənistanda seçki şoku: Müxalifət seçkiləri tərk etdi

Ermənistanın müxalifət partiyası seçkilərdən imtina edib.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Ermənistanın müxalifət yönümlü “Alyans” partiyası seçkilərdə iştirakdan imtina edib. Partiya öz seçki siyahısının qeydiyyatının ləğvi ilə bağlı MSK-ya rəsmi müraciət göndərib. Qurumun bu məsələni müzakirə etmək üçün açıq iclas keçirəcəyi bildirilir.

Partiya lideri Urixanyan bəyan edib ki, Nikol Paşinyanın və onun rəhbərlik etdiyi partiyanın qələbə qazanacağı təqdirdə, onlar “radikal mübarizə” və “xalq dalğasının formalaşdırılması” öhdəliyini öz üzərlərinə götürürlər.

KİV-in məlumatına görə, bundan əvvəl MSK Urixanyanın namizədliyinin qeydə alınmasından imtina edib. Buna səbəb onun ölkədə yaşamaq senzi (qanunvericiliyə görə, vətəndaş son 4 il ərzində Ermənistanda yaşamalıdır) ilə bağlı problemlərin olmasıdır.

Дополнение: Seçkilər ərəfəsində müxalifətin belə bir addım atması ölkədə siyasi vəziyyətin daha da gərginləşə biləcəyinə dair proqnozları artırır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
61
interpress.az

1Mənbələr