AZ

ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib

Tehran və Vaşinqton arasında Qətərin vasitəçiliyi ilə dondurulmuş aktivlər məsələsində anlaşma əldə olunub...

Poliqon xəbər verir ki, “Al Jazeera”nın mənbəyə istinadən yaydığı məlumata görə, ABŞ ilə Iran arasında Tehranın xaricdə dondurulmuş aktivləri ilə bağlı razılıq əldə edildiyi iddia olunur.

Məlumata görə, tərəflər arasında əldə olunan anlaşmada vasitəçi rolunu Qatar oynayıb. Bildirilir ki, danışıqlar Tehranın müxtəlif ölkələrdə dondurulmuş maliyyə vəsaitlərinin istifadəsi və ya azad edilməsi mexanizmləri ətrafında aparılıb.

Hələlik razılaşmanın detalları, vəsaitlərin həcmi, istifadəsi şərtləri və hüquqi mexanizmlərlə bağlı rəsmi açıqlama verilməyib. Eyni zamanda, Vaşinqton və Tehran tərəfindən məlumatın rəsmi təsdiqlənib-təsdiqlənmədiyi də dəqiqləşdirilməyib.

Müşahidəçilərin fikrincə, belə bir anlaşma təsdiqini taparsa, bu, ABŞ–İran münasibətlərində gərginliyin müəyyən qədər yumşaldılması istiqamətində mühüm diplomatik addım kimi qiymətləndirilə bilər. Xüsusilə nüvə proqramı, sanksiyalar və regional təhlükəsizlik məsələləri fonunda maliyyə aktivləri ətrafında kompromis əldə olunması tərəflər arasında məhdud əməkdaşlıq imkanlarının qorunduğunu göstərə bilər.

Poliqon.info

Seçilən
34
poliqon.info

1Mənbələr