AZ

Tokioda ticarət mərkəzində 19 nəfər xəstəxanalıq oldu

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Yaponiyanın paytaxtı Tokioda bir nəfər ticarət mərkəzinin içərisinə yad maddə püskürdüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 19 nəfər xəstəxanaya yerləşdirilib.

Polis hazırda şübhəlini axtarır. Ticarət mərkəzinin içərisindəki bankomatın yaxınlığında püskürdülən maddənin qıcıqlandırıcı sprey ola biləcəyi ehtimal olunur.

Səlahiyyətlilər püskürdülən maddə nəticəsində bəzi insanların boğaz ağrısı və qaşınma hiss etdiyini bildiriblər.

Hadisədən sonra ticarət mərkəzinin ətrafındakı yol nəqliyyat üçün bağlanıb.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
525.az

1Mənbələr