AZ

Qatarın ilk sərnişini: Təyyarə qiymətləri ilə 250 manat fərq edir

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

"Evimizi görmək üçün dərhal birinci reys üçün bilet aldım".

Modern.az xəbər verir ki, bu sözləri 6 ildən sonra ilk dəfə fəaliyyətə başlayan Bakı-Tbilisi qatarının sərnişini Nigar Nəsibova deyib.

“Mən Tbilisiyə yox Dmanisi rayonuna gedirəm. Evimizi görmək üçün dərhal birinci reys üçün bilet aldım. 6 ildir ki, yol bağlıydı, gedə bilmirdik”.

Sərnişin Ələddin Yusubov isə bildirib ki, qiymətlər qaneedicidir:

"Azərbaycan vətəndaşıyam, yoldaşımla gedirik. Bakı-Tbilisi qatarı açılan kimi bilet aldım. Buna səbəb isə ata yurdumu görmək istəyimdir”.

Adını bildirmək istəməyən sərnişin isə təyyarəyə çata bilmədiyi üçün qatarla getdiyini deyib:

“Dünən təyyarəyə çata bilmədim, biletim yandı. Çünki sığorta almaq yadımdan çıxmışdı. Gürcüstanda Qardabani rayonunda atamın evi var".

Sərnişin Ayaz Mehrəliyevin sözlərinə görə, qatarın ilk sərnişinlərindən olmağın təəsüratı başqadır.

"Təyyarədənsə qatarla getmək daha sərfəlidi. Yol uzundur. Əsas odur ki, yollar açılır. Ən azı təyyarə qiymətləri ilə 250 manat fərq edir. Sığorta məsələsində də problem yaşamadım”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
modern.az

1Mənbələr