AZ

Azərbaycan polisi asayişin keşiyində: Operativ reaksiya və təhlükəsizlik

Milli.az saytına istinadən ain.az xəbər verir.

Dənizkənarı Milli Parkda gimnastika məşqçisi N.Kərimovaya qarşı törədilən xuliqanlıq və əxlaqsızlıq hadisəsi cəmiyyətdə ciddi narahatlıq doğursa da, hüquq-mühafizə orqanlarının peşəkarlığı sayəsində ədalət tez bir zamanda bərqərar olub. Sosial şəbəkələrdə yayılan şikayət videosundan dərhal sonra hərəkətə keçən polis əməkdaşları məsələyə maksimum dərəcədə həssaslıq və operativlik nümayiş etdiriblər.

Milli.Az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 47 yaşlı Şamxal Nəcəfovun qısa müddətdə müəyyən edilərək saxlanılması və üzərindən 3 ədəd soyuq silahın aşkarlanması polisin paytaxtda asayişin qorunması istiqamətindəki fəaliyyətinin yüksək göstəricisidir. Bu çevik reaksiya həm cinayətkarlığa qarşı barışmaz mövqeyi nümayiş etdirdi, həm də gələcəkdə törədilə biləcək daha ağır cinayətlərin qarşısını vaxtında aldı.

Vətəndaşların, xüsusilə də qadınların ictimai yerlərdə özlərini tam təhlükəsiz hiss etməsi üçün daxili işlər orqanlarının göstərdiyi bu qətiyyətli fəaliyyət təqdirəlayiqdir.Polis 7/24 asayişi qoruyur və qeyri adekvat davranış sərgiləyən, vətəndaşlara qarşı narahatlıq ehtimalı yaradan istənilən şəxs qanundan kənarda qala bilməz.

Əbəs yerə deyil ki, ölkəyə təşrif buyuran əcnəbilərin əsas diqqətini çəkən məqam şəhərdə günün istənilən vaxtı özünü tam təhlükəsizlikdə hiss etməkdir. Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
news.milli.az

1Mənbələr