AZ

Peskov: “Ermənistan Rusiyanın dostudur”

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Moskva Ermənistanın Rusiya əleyhinə olmayacağı barədə bəyanatlar eşidib”

“Moskva Ermənistanın Rusiya əleyhinə ritorika ilə məşğul olmayacağı ilə bağlı açıqlamalar eşidib”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubionun mayın 26-da Ermənistana səfəri gözlənilir. Jurnalistlər görüş zamanı Rusiya əleyhinə açıqlamaların verilə biləcəyini ehtimal edirlər. Bununla bağlı jurnalistlər Peskovdan Kremlin bu cür təcrübələrə necə baxdığını soruşublar.

Peskov cavabında deyib: "Bu yaxınlarda həm Baş nazir Nikol Paşinyanın, həm də Ermənistan xarici işlər naziri Ermənistanın Rusiya əleyhinə ritorika ilə məşğul olmayacağı ilə bağlı açıqlamalarını eşitdik. Biz bu açıqlamaları eşitmişik".

Kremlin mətbuat katibi bildirib ki, “Ermənistan Rusiyanın dostudur və iki ölkə ən inkişaf etmiş inteqrasiya proseslərindən biri olan Avrasiya İqtisadi Birliyinin bir hissəsidir”.

“Əlbəttə, biz Ermənistanla ən inkişaf etmiş inteqrasiya proseslərindən birindəyik – AİB-də. Prezident Vladimir Putin bu həftə dövlət Astanaya dövlət səfəri edəcək. Bundan sonra, cümə günü dövlət və hökumət başçıları bütün günü AİB-ə həsr edəcəklər və AİB Ali Komissiyasının iclası keçiriləcək”, - deyə Peskov jurnalistlərə Rusiya və Ermənistanın dost olub-olmadığı ilə bağlı sualı cavablandırarkən söyləyib.

Peskov qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan seçki kampaniyası ilə bağlı səbəblərə görə AİB Komissiyasının iclasında iştirak etməyəcək: “Eyni zamanda, ümid edirik ki, Ermənistan tərəfi bu və ya digər şəkildə bu çox vacib görüşdə iştirak edəcək”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
ayna.az

1Mənbələr