AZ

300 dən çox turist 150 metr yüksəklikdə qaldı

Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hindistanın şimalındakı Gulmarg şəhərində Asiyanın ən hündür kanat yollarından birində 300-dən çox turist kabinələrdə qalıb.

Bakupost.az xəbər verir ki, günorta saatlarında baş verən nasazlıqdan sonra kanat yolunun hər iki hissəsi dayandırılıb. Texniki nasazlıq turistlər arasında panikaya səbəb olub və onların çoxu yerdən təxminən 150 metr hündürlükdə asılmış kabinlərdə qalıb.

Güclü yağış səbəbindən çoxsaylı qurumların iştirakı ilə aparılan genişmiqyaslı xilasetmə əməliyyatı yeddi saat davam edib. Xilasetmə qrupları turistləri təhlükəsiz şəkildə yerə endirmək üçün iplərdən və nərdivanlardan istifadə ediblər.

Yerli hökumət rəsmisi jurnalistlərə bildirib ki, xilasetmə əməliyyatı başa çatıb. Bütün turistlər təhlükəsiz şəkildə təxliyə edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
1
www.bakupost.az

2Mənbələr