AZ

“Təşəkkürlər, mister” “Napoli” Konte ilə yollarını ayırdı

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

İtaliyanın “Napoli” klubu baş məşqçisi Antonio Konte ilə yollarını ayırıb.

“Qafqazinfo” “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, bu barədə Neapol təmsilçisi məlumat yayıb.

Məlumata görə, klubun rəsmi sosial şəbəkə hesablarında təcrübəli mütəxəssisin fotosu paylaşılaraq “Təşəkkürlər, mister” qeydi yazılıb.

Qeyd edək ki, tərəflər arasında əməkdaşlığa xitam verilməsi barədə qərar daha əvvəl klub prezidenti Aurelio De Laurentislə keçirilən birgə mətbuat konfransında elan olunmuşdu. Belə ki, italyan mütəxəssis postundan ayrılmaq qərarını şəxsən özünün verdiyini təsdiqləyib. Kontenin sözlərinə görə, o, komandada daxili birliyi təmin edə bilməyib və klub ətrafında yaranan “zəhərli” (toksik) atmosferdən olduqca yorulub.

Qeyd edək ki, bu çətinliklərə baxmayaraq, “Napoli” başa çatan mövsümü İtaliya A Seriyasının turnir cədvəlində ikinci pillədə – gümüş medallarla başa vuraraq UEFA Çempionlar Liqasının liqa mərhələsində vəsiqə qazanmağı bacarıb.

Xatırladaq ki, cəmi bir il əvvəl məhz Antonio Konte Neapol klubunu uzunillik həsrətdən sonra çempionluq zirvəsinə daşımışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
qafqazinfo.az

1Mənbələr