AZ

İranın neft ixracı üçün alternativ marşrutları var

İran prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Məsumə Ağapurun sözlərinə görə, İran neft ixracı üçün alternativ marşrutların mövcudluğunu elan edib.

Onun sözlərinə görə, sanksiyalar və təzyiqlərə baxmayaraq, İran neft satışını sıfıra endirmək mümkün deyil. İranın Xarq adası və cənub ixrac terminallarından kənarda lazımi neft infrastrukturu var.

Ağapur bu marşrutlar haqqında təfərrüatları açıqlamaqdan imtina edib. O əlavə edib ki, İranın hökumətin açıqlamaq niyyətində olmadığı digər bölgələrdə də neft ehtiyatları var.

//Samir Qurbanov, Editor.az

Seçilən
15
editor.az

1Mənbələr