AZ

22 yaşlı bloqer İNTİHAR ETDİ: Hadisəni VİDEOYA ÇƏKDİ

22 yaşlı bloqer intihar edib və hadisəni videoya çəkib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

“Femtsel Kraliça” təxəllüsü ilə tanınan 22 yaşlı gənc bloqer intihar edib. Qızın özünə qəsd etdiyi anları videoya çəkdiyi bildirilir.

Sosial mediada insanlar Alisanın son paylaşımlarının ağrı ilə dolu olduğunu deyirlər.

O, problemlərini bölüşüb: valideynləri ilə mübahisələri, münasibət problemləri və başqalarının anlaşılmazlığı.

Həmçinin məlum olub ki, o, son vaxtlar ağır xəstələnib, amma bunu gizlətməyə çalışıb.

Faciədən bir həftə əvvəl bloqer vidalaşma postu paylaşıb. Qız hündürmərtəbəli binanın damına çıxaraq özünə qəsd edib.

Qızın yaxınları isə bildirirlər ki, onun intiharına əsl səbəb xarici görünüşü ilə bağlı komplekslər deyil, ciddi səhhət problemləri olub.

Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
16
interpress.az

1Mənbələr