AZ

Yayda qiymət artımı normaldır Ekspert

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Yay mövsümünün başlaması ilə hotellərdə qiymətlərin artması hər il müşahidə olunan əsas tendensiyalardan biridir. Turist axınının çoxalması, tələbin yüksəlməsi və mövsümi sıxlıq bu dəyişikliklərin əsas səbəbləri kimi göstərilir. Lakin artan qiymətlərin təqdim olunan xidmət keyfiyyəti ilə nə dərəcədə uyğun olduğu hər zaman müzakirə mövzusu olaraq qalır. Bu məsələdə həm istehlakçı məmnuniyyəti, həm də sektorun qiymət siyasəti ön plana çıxır.Məsələ ilə bağlı turizm eksperti Rahib İsmayılov Demokrat.az-a bildirib ki, yay mövsümü ümumilikdə yalnız bizim ölkədə deyil, dünyanın bir çox yerində mövsümi olaraq qiymət artımının müşahidə olunduğu dövrdür:"Xüsusilə turizm bölgələrində əsas mövsüm yay sayıldığından otel qiymətləri bu dövrdə yüksəlir, eyni zamanda aviabiletlərin qiymətinə də təsir göstərir. Məsələn, müəyyən bir istiqamət üzrə qeyri-yay aylarında 10 manat olan bilet yay mövsümündə 12, 13, hətta 15 manata qədər yüksələ bilir. Bu isə bəzi hallarda 50 faizə yaxın qiymət artımı deməkdir.Eyni vəziyyəti otellər üzrə də müşahidə etmək mümkündür. Yay mövsümündə tələbatın artması, insanların məzuniyyətə çıxması, məktəblərin bağlanması və ümumilikdə səyahətlərin çoxalması qiymətlərin yüksəlməsinə səbəb olur. Xüsusilə paytaxtda yaşayan insanların bölgələrə üz tutması nəticəsində regionlarda da otel qiymətləri artır. Bu baxımdan qiymət artımı müəyyən mənada normal qarşılanır, çünki bu, yüksək mövsümün yaratdığı tələbatla bağlıdır.Xidmət keyfiyyəti məsələsinə gəldikdə isə hər otel bu qiymət artımına uyğun səviyyədə xidmət təqdim etmir. Bu, reallıqdır. Bəzi otellər konsepsiyalarına uyğun olaraq stabil və keyfiyyətli xidmət göstərsələr də, qiymət dəyişiklikləri onların ümumi xidmət səviyyəsinə ciddi təsir etmir. Lakin zəif xidmət göstərən otellər qiymət artsa da, artmasa da eyni səviyyədə qalır və keyfiyyət baxımından dəyişiklik nümayiş etdirmir",- deyə ekspert bildirib.Yəni, yayda hamı istirahətə qaçdığı üçün hotellər qiymətləri qaldırır, amma ödədiyimiz yüksək məbləğin qarşılığında aldığımız xidmət çox vaxt bizi məyus edir.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
demokrat.az

1Mənbələr