ain.az bildirir, Ayna portalına istinadən.
“Müxalifət müsbət tendensiyalardan narahatdır, biz bu müsbət tendensiyalardan məmnunuq"
"Cənab Rubio ilə söhbətim də daxil olmaqla, bir neçə dəfə əlaqə saxladıq və bütün bunlar Gürcüstan-ABŞ münasibətlərində yenidənqurmanın mümkün olduğuna inamımızı qoruyur". AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün keçirdiyi mətbuat konfransında deyib.
Hökumət başçısı müxalifətin müsbət tendensiyalardan narahat olduğunu qeyd edib: "İctimai dəstəyimiz olduğu üçün özümüzə çox əminik. Müxalifətimizin çox narahat olduğu Gürcüstan-Amerika münasibətlərinə gəldikdə, cənab Marko Rubio ilə söhbətim də daxil olmaqla, bir neçə dəfə əlaqə saxladıq və bütün bunlar Gürcüstan-Amerika münasibətlərində yenidənqurmanın mümkün olduğuna inamımızı qoruyur”.
“Bu, hazırkı reallıqdır. Biz sakitcə gələcək inkişafları gözləyəcəyik. Müxalifət müsbət tendensiyalardan narahatdır, biz bu müsbət tendensiyalardan məmnunuq", - Baş nazir bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.