AZ

Alkaras daha iki turniri buraxacaq

İspaniyalı tennisçi Karlos Alkaras “Queen's Club” və “Uimbldon” turnirlərində iştirak etməyəcəyini bildirib.

Dünyanın ikinci raketkası apreldə Barselona turnirində biləyindən zədə alıb. Bu üzdən 23 yaşlı idmançı həm “Rolan Qarros”u, həm də Roma və Madriddə keçirilən “Masters” seriyalı turnirləri buraxıb. İspaniyalı ulduz sosial şəbəkə hesabında bu sözləri yazıb:

“Bərpa dönəmi yaxşı keçir və özümü yetərincə yaxşı hiss edirəm. Ancaq təəssüf ki, hələ də oynamağa hazır deyiləm. Bu üzdən “Queen's Club” və “Uimbldon” turnirlərində iştirakdan imtina etməyə məcburam. Hər biri həqiqətən də mənim üçün özəl turnirdi. Bu turnirlər üçün çox darıxacam. Mümkün qədər tez qayıtmaq üçün çalışmaları davam etdirirəm”.

Xatırladaq ki, builki “Umbldon” turniri iyunun 29-u – iyulun 12-si aralığında keçiriləcək. Alkaras 2023-cü və 2024-cü illərdə bu turnirin qalibi olub.

Ümumiyyətlə, onun hesabında “Böyük dəbilqə” turnirlərində 7 qələbə var.
Seçilən
48
1
football-plus.az

2Mənbələr