AZ

İsmayıllida sel daşqınlarının qarşısı alınır

25 may 2025-ci il tarixində İsmayıllı rayonu ərazisində müşahidə olunan intensiv yağışlar nəticəsində İsmayıllı Kommunal Müəssisələri Kombinatına məxsus məişət tullantılarının idarə olunması poliqonunda yağış sularının ötürülməsi məqsədilə qazılmış arxların həddindən artıq dolması səbəbindən bəzi hissələrdə su poliqona gedən avtomobil yoluna çıxmışdır.

Yaranmış vəziyyətlə əlaqədar gün ərzində operativ tədbirlər həyata keçirilmiş, xüsusi texnikalar əraziyə cəlb olunmuş, suötürücü arxlar təmizlənmiş və əlavə yeni arxlar qazılmışdır.

Hazırda ərazidə vəziyyət tam nəzarət altındadır və hər hansı problem mövcud deyil.

Seçilən
38
1
sabahinfo.az

2Mənbələr