Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, bu vəzifəyə Leylan Nəsirova gətirilib.
O, daha əvvəl həmin xəstəxanada baş həkim vəzifəsində çalışıb. Bir müddət sonra isə Tibbi-Sosial Ekspertiza Komitəsinin (TSEK) regional müdiri kimi fəaliyyət göstərib.
Yeni əmrlə TSEK-dəki fəaliyyətini başa vuran Leylan Nəsirova yenidən Beyləqan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.
İxtisasca həkim-nevroloq olan yeni direktorun anası Roza Aslanova da eyni xəstəxanada pediatr həkim kimi çalışır.