Musavat.com xəbər verir ki, Fransanın paytaxtı Parisdə yerləşən lüks butiklərdən birinə silsilə oğurluq hücumu olub.
Məlumata görə, naməlum şəxslər avtomobillə mağazanın vitrininə çırpılıb, daha sonra içəri daxil olaraq çox bahalı qadın çantalarını götürərək hadisə yerindən qaçıblar.
İlkin hesablamalara əsasən, oğurlanan məhsulların ümumi dəyəri təxminən 200 min avro təşkil edir.
Hazırda polis avtomobili və hücumu həyata keçirən şəxsləri axtarır.
Musavat.com