AZ

Salah Türkiyə nəhənginə keçməyə yaxındır

“Fənərbağça” dünya futbolunun ulduz isimlərindən olan Məhəmməd Salahı transfer etməyə yaxındır.

Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi misirli futbolçu ilə illik 20 milyon avro məvacib qarşılığında 1+1 illik müqavilə barədə ilkin razılıq əldə edib.

Qeyd olunur ki, klub prezidentliyinə namizəd olan Aziz Yıldırım və ya Hakan Safinin seçilməsi halında bu transfer rəsmiləşə bilər.

Hazırda “Fənərbağça” rəhbərliyi maliyyə detalları üzərində çalışmalarını davam etdirir. Klub azarkeşləri isə Salahın mümkün transferini böyük həyəcanla gözləyirlər.

Seçilən
1
1
fanat.az

2Mənbələr