AZ

İsmayıl Yüksəkə İngiltərədən ciddi maraq var

İngiltərə Premyer Liqasında çıxış edən “Brayton” klubu Türkiyə milli komandasının üzvü İsmayıl Yüksəyi transfer etmək istəyir.

Fanat.Az xəbər verir ki, İngiltərə təmsilçisi futbolçu üçün ümumilikdə 18 milyon avroluq büdcə ayırıb.

Türkiyə mediasının yaydığı məlumata görə, “Brayton” rəhbərliyi yay transfer pəncərəsində bu keçidi reallaşdırmağa çalışacaq.

İsmayıl Yüksək bu mövsüm “Fənərbağça”nın əsas heyət üzvlərindən biri olub və sabit performansı ilə diqqət çəkib. Onun həm müdafiədə, həm də top bölgüsündə göstərdiyi oyun Avropa klublarının marağına səbəb olub. Hazırda tərəflər arasında rəsmi danışıqların olub-olmadığı isə açıqlanmayıb.

Seçilən
0
1
fanat.az

2Mənbələr