AZ

Ronaldonun kolleksiya kartı rekord qiymətə satıldı

Futbol dünyasının canlı əfsanəsi Kriştiano Ronaldo təkcə meydandakı çıxışı və qazancları ilə deyil, həm də onunla bağlı unikal əşyaların satış qiymətləri ilə rekordlar qırmağa davam edir. Metbuat.az xəbər verir ki, hərracda portuqaliyalı ulduza məxsus nadir kolleksiya kartı ağlasığmaz qiymətə yeni sahibini tapıb.

Sözügedən eksklüziv kolleksiya kartı tam 1,35 milyon dollara (təxminən 2,3 milyon manat) satılaraq idman dünyasında böyük səs-küyə səbəb olub. Kartın bu qədər baha satılmasına səbəb onun dünyada çox az sayda olması və üzərində Ronaldonun orijinal imzasının, eləcə də karyerasının xüsusi dövrlərinə aid simvolların yer almasıdır.

Seçilən
12
metbuat.az

1Mənbələr