Ölkə daxilində iqtisadi artımın zəifləməsi səbəbindən Hindistanın iri biznes subyektləri qlobal bazarlara kütləvi investisiyalar yatırır. Təkcə 2025-ci ildə 162 Hindistan şirkəti xarici aktivlərin alınmasına 18 milyard ABŞ dollarından çox vəsait xərcləyib (əvvəlki ilə nisbətən 34 faiz artım).
“BBC” xəbər verir ki, Hindistanın “Sun Pharmaceuticals” şirkəti “Organon & Co.” şirkətini 11.75 milyard ABŞ dollarına alaraq son 20 ilin ən böyük xarici müqaviləsinə imza atıb. “Tata Motors” İtaliyanın “Iveco” avtomobil istehsalçısını 4.4 milyard ABŞ dollarına satın alıb. Süni intellekt firması “Encora” (2.35 milyard ABŞ dolları) və qlobal sığorta nəhəngi “Allianz SE”nin 23 faizlik payı alınıb. Milyarder Mukeş Ambaninin isə ABŞ-də 300 milyard ABŞ dollarlıq neft emalı zavodu layihəsini dəstəklədiyi bildirilir.
20 il əvvəlki satınalmalardan fərqli olaraq, indiki hədəf sadəcə qlobal nüfuz deyil. Hindistan şirkətləri xarici ölkələrdə sənaye torpaqlarının ucuz olmasından, kapitala asan çıxışdan və hazır texnologiya, Ar-Ge (araşdırma-təkmilləşdirmə) və satış şəbəkələrini sürətlə əldə etmək imkanından yararlanırlar.
Təhminə VERDİYEVA,
“Azərbaycan”