AZ

Böyük Britaniyada rekord isti hava dalğası

Londonda temperaturun 34 dərəcəyə çatacağı gözlənilir. Sinoptiklər bunu may ayı üçün rekord göstərici adlandırırlar.

“The İndependent” nəşrinin məlumatına görə, bu yaxınlarda son 79 ilin ən isti may günü olub və Londonun Kev Gardens bölgəsində 32.3 dərəcə isti qeydə alınıb. Həmçinin Uelsdə (Kardiff) 27.4 dərəcə və Şimali İrlandiyada 23.4 dərəcə ilə rekordlar təzələnib. Şotlandiyada (Edinburq) isə temperatur 23.5 dərəcəyə yüksəlib. İngiltərənin 8 fərqli bölgəsində, o cümlədən Hitrou və Esseksdə rəsmi olaraq anomal isti hava şəraiti elan olunub.

Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) səhiyyə və sosial xidmət sahələrinə yarana biləcək ciddi təzyiqlərlə bağlı çərşənbə gününə qədər qüvvədə olacaq “narıncı” xəbərdarlıq elan edib. Xüsusilə yaşlı və həssas qrupdan olan insanlara çölə çıxmamağı, sərin duş qəbul etməyi və yaxınlarının nəzarətində olmağı tövsiyə edilir. 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
32
azerbaijan-news.az

1Mənbələr