AZ

Millət vəkili Məşhur Məmmədov ADNSU-da tələbələrlə görüşüb » AzadMedia.az



Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” adlı tədbir keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Məşhur Məmmədov iştirak edib. Universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin qatıldığı tədbirdə Azərbaycan dövlətçiliyinin inkişaf yolu, müstəqilliyimizin tarixi əhəmiyyəti və gənclərin ölkənin gələcəyindəki rolu barədə fikir mübadiləsi aparılıb.

Tədbirdən sonra ADNSU-nun rektoru Rüfət Əzizov təşəbbüsü ilə millət vəkili tələbələrlə səmimi görüş keçirib. Görüş zamanı gənclərin təhsil həyatı, gələcək planları, dövlətə və cəmiyyətə faydalı vətəndaş kimi formalaşmaq istiqamətində düşüncələri dinlənilib.

Millət vəkili Məşhur Məmmədov tələbələrin fəallığını yüksək qiymətləndirərək, onların gələcək hədəfləri, vətənə bağlılığı və özünüinkişafa olan marağının sevindirici hal olduğunu bildirib. O, gənclərin hərtərəfli inkişafının, bilik və bacarıqlarının artırılmasının Azərbaycanın davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Seçilən
25
azadmedia.az

1Mənbələr