AZ

Alleqri “Milan”dan getdi

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Milan” baş məşqçisi Massimiliano Alleqri ilə yollarını rəsmən ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb.

Məlumata görə, 58 yaşlı təcrübəli mütəxəssisin istefasına komandanın 2025/2026-cı illər mövsümündə nümayiş etdirdiyi zəif və uğursuz nəticələr səbəb olub.

Belə ki, “rossoneri” İtaliya A Seriyasını 5-ci pillədə başa vurub. Bu nəticə ilə komanda azarkeşlərini məyus edərək gələn mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq şansını itirib.

Qeyd edək ki, M. Alleqri 2025-ci ilin may ayında “Milan”ın sükanı arxasına gətirilmişdi. Lakin onun komandadakı ikinci dönəmi cəmi bir il çəkib və uğursuzluqla yekunlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
qafqazinfo.az

2Mənbələr