AZ

Azərbaycanda bəzi şəxslər icbari qaydada ödənişli təlimlərə cəlb olunacaqlar

Xüsusi icra məmurlarının və onların köməkçilərinin ixtisasının və peşə hazırlığının artırılması məqsədilə təlimin keçirilməsi qaydaları təsdiqlənib.

Publika.az xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.

Qeyd olunur ki, burada əsas məqsədi xüsusi icra məmurlarının və onların köməkçilərinin fəaliyyətində səmərəliliyin artırılmasını, onlar tərəfindən nəzəri və praktiki biliklərin əldə edilməsi və artırılmasını, vəzifələrinin icrası ilə əlaqədar peşəkar vərdişlərinin inkişafını təmin etməkdən ibarətdir.

Təlimlər hər iki ildən bir icbari qaydada keçiriləcək.

Xüsusi icra məmurlarının köməkçilərinin ixtisasartırma təlimləri onların icra fəaliyyətində iştirak imkanlarının genişləndirilməsinə, öz səlahiyyətləri çərçivəsində müstəqil işləmək qabiliyyətinin formalaşdırılmasına və peşə biliklərinin artırılmasına xidmət edəcək.

Seçilən
20
4
publika.az

7Mənbələr